Telefonunuz var, danışmaq istədiyiniz mövzular da. Bəs haradan başlayacaqsınız? Kimə müraciət edəcəksiniz, nə paylaşacaqsınız və bu işi gündəlik həyatınıza necə uyğunlaşdıracaqsınız?
Cumhur Küçükkahvecinin bu kitabı məzmun yaratmağa başlamaq və hesabını daha planlı idarə etmək istəyənlər üçün praktik bələdçidir. Mövzu seçimindən ilk çəkilişə, auditoriya ilə əlaqədən brendlərlə əməkdaşlığa qədər qarşılaşacağınız qərarları nümunələrlə izah edir.
Kitabda nələr var?
- Özünüzə uyğun nişi və auditoriyanı müəyyənləşdirmək
- instagram, YouTube, TikTok və digər platformalar üçün yayımınızı qurmaq
- Telefonla çəkiliş, işıq, səs və avadanlıq seçimi
- Profil, məzmun seriyaları və yayım planı hazırlamaq
- Hesab göstəricilərini oxumaq və nəticələrdən öyrənmək
- Brend təklifləri, qiymətləndirmə, müqavilə və istifadə hüquqları
- Azərbaycan qanunvericiliyinə uyğun vergi və reklam məsuliyyətləri
- Müəllif hüquqları, uşaqların məxfiliyi və hesab təhlükəsizliyi
- Süni intellektdən öz üslubunuzu qoruyaraq istifadə etmək
Azərbaycan nəşrində hüquqi bölmələr yerli qanunvericiliyə uyğunlaşdırılıb və mənbə bağlantıları əlavə edilib. Cədvəllər, iş planları və hesab nümunələri oxuduqlarınızı öz işinizdə tətbiq etməyə kömək edir.
Bir PDF-də iki dil
Faylın əvvəlində 202 səhifəlik Azərbaycan nəşri, ardınca 195 səhifəlik türk dilində orijinal kitab yerləşir. Ümumilikdə 397 səhifə və hər dildə 34 fəsil.
Format: Rəqəmsal PDF kitab. Fiziki kitab göndərilmir.
Bu ürün dijital ortamda teslim edilir.



